“Bu boyda torpağı azad edən Ali Baş Komandan atamı da xilas edəcək” - Dilqəm Əsgərovun oğlu
Bu gün Azərbaycan ordusu 27 ildən sonra Kəlbəcər rayonuna daxil olub. Bu barədə təəssüratlarını Modern.az-la bölüşən kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, bundan çox böyük qürur hissi keçirir:
“Bütün Azərbaycanı,millətimizi, kəbəcərliləri təbrik edirəm. Bu günləri bizə yaşatdığına görə, ordumuza, Ali Baş Komandana təşəkkür edirəm. İllər əvvəl Kəlbəcərin işğalda olamsına baxmayaraq, atam Dilqəm Əsgərov üçrəngli bayrağımızı dəfələrlə rayonumuzda dalğalandırıb.
Mən ümid edirəm ki, bütün işğal olunmuş torpaqlarımız azad olunduğu kimi, atam Dilqəm və dostu Şahbaz da azadlığa qovuşacaq. Bu boyda torpağı azad edən Ali Baş Komandanın bunu da edəcəyinə əminəm”.
K.Əsgərov qeyd edib ki, 10 gün əvvəl atasından məktub alıb:
“Bundan əvvəlki məktubunda da işarə vermişdi. Amma sonuncu məktubundan əmin oldum ki, o, hər şeydən xəbərdardır. Məktubda Ermənistanda olduğunu bildirib. Deyir hər şeydən xəbərim var, mənə görə narahat olmayın. Atamın məktubundan belə başa düşürəm ki, olanlardan xəbərdardırlar”.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən, erməni silahlı birləşmələri tərəfindən Kəlbəcərdə girov götürülüb. Qondarma rejimin qurduğu “məhkəmə” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır