"McDonalds” və “Papa Johns”insanların hədəfində - “Hamı bizi söyür“
McDonalds” və “Papa Johns”da çalışan menecerlər gün ərzində insanların şirkəti yığaraq təhqir etdiyini bildirib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda şirkəti boykot edən vətəndaşların onları təhqir etdiyi, boş sifarişlər verdiyi qeyd olunur:
“Gün ərzində yüzlərlə şəxs əsas ofisi yığıb söyür, ağızlarına gələni deyirlər, zəng edib dəfələrlə səslərini çıxarmırlar. Operatorlar “alo-alo” deyir, sonra söyüb, dəstəyi asırlar. Kuryerlərə onlarla boş sifariş gəlir, “biz sifariş etməmişik” deyib geri qaytarırlar, ya da zənglərə cavab vermirlər”.
Qeyd edək ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır