"Kontakt Home” təzminat ödəmək məcburiyyətində qalacaq – Qalmaqal böyüyür
Bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu “Kontakt Home” tərəfindən satın alınıb. Buna səbəb vətəndaşların əksəriyyətinin qrupda “Kontakt Home”un fəaliyyətindən şikayət etməsi olub. Qurum rəhbərliyi onlar əleyhinə olan şikayətləri təsdiq etməməklə yanaşı, qrupdan rəqib şirkətlərə qarşı qaralama kampaniya aparmaq üçün də istifadə edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, rəhbəri olduğu qurum hər gün “Kontakt Home”la bağlı şikayət qəbul edir:
“Qrup məsələsi haqqında bağlı bizə şikayət olmayıb. Lakin “Kontakt Home”dan hər gün şikayət gəlir. Bu gün də iki şikayət daxil olub, ərizələrini qəbul etmişəm. Mən ötən ay “Kontakt Home”un rəhbərliyi ilə görüşdüm, hüquqşünası ilə danışıb təklif etdim ki, problemi danışıqlar yolu ilə həll edək. Lakin ondan sonra da şikayət ərizələri qəbul etdik. “Kontakt Home” dəfələrlə köhnə əşyaları vətəndaşlara təzə adı ilə satıb”.
Həmsöhbətimiz vurğulayıb ki, əgər “Kontakt Home”a rəqib şirkətlər məhkəmə iddiası qaldırsalar, “Kontakt Home” mütləq şəkildə təzminat ödəmək məcburiyyətində qalacaq:
“Təzminatın məbləği rəqib şirkətlərin işgüzar nüfuzuna nə qədər ziyan dəyməsindən asılı olacaq. Gərək ki, rəqib şirkətlər məhkəmədə iddia qaldırsın və bunu əsaslandırsın. Qrupu satın almaları ilə bağlı isə heç bir hüquqi məsuliyyət yoxdur. Ola bilər ki, əvvəlki qrup rəhbərlərini təsir altına salıblar. Gərək, onların iradələri möhkəm olaydı. Azad İstehlakçılar Birliyi 23 il iradəsini heç kəsə təslim etmədiyi kimi, onlar da dözüm göstərməli idi. Əgər o qrup Azad İstehlakçılar Birliyinə inteqrasiya olunsa, mən onlarla çox effektli işləyərəm və kömək edərəm ki, onlar iradəsini heç kimə təslim etməsinlər”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır