"O taksi sürücüləri balasına çörək pulu aparır" - İqbal Ağazadə
Bakı Nəqliyyat Agentliyinin taksi şirkətləri ilə bağlı qərarı sərnişindaşıma xidmətilə məşğul olan şirkətlərin və sürücülərin haqlı narazılığına səbəb olub. İlk növbədə onu qeyd edim ki, uzun illərdir Milli Məclisdən tələb olunmasına baxmayaraq, “Rəqabət haqqında” Qanun qəbul olunmur".
Bunu mətbuata açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
Partiya sədri bildiib ki, BNA-nın yanaşması qüvvədə olan “Haqsız rəqabət haqqında” Qanunun tələblərinə də ziddir:
"İş tapa, ailəsini dolandıra bilməyən çoxsaylı insanlarımız məcburiyyət qarşısında qalıb taksi fəaliyyəti ilə məşğul olurlar. Taksi sürücüləri içərisində həkim, müəllim, iqtisadçı, mühəndis və s. peşə sahiblərinə hər gün rast gəlirik. Təəssüf ki, vətəndaşlarımız son ümid yeri kimi taksi fəaliyyətini seçməli olurlar – dolanışıq, balasına çörək aparmaq üçün. Bu imkanı da onların əlindən almağa kimsənin haqqı yoxdur. Çıxış yolu bu deyil. P.S. BNA-ya təklifim isə illər öncə tərəfimdən səslənmişdi. Yazıqlar olsun ki, kimsə o təklifi eşitmədi. Bir daha xatırladıram: Azərbaycanda üç avtomobil zavodu var.
Təklif etmişdim ki, ölkədaxili fəaliyyət göstərən taksi şirkətləri yalnız yerli avtomobilləri alsınlar və tədricən bütün taksilər yerli istehsaldan formalaşsın. Bu həm ölkədaxili istehsala, həm rəqabətə, həm də işsizliyin aradan qalxmasına yardım edəcək.
Kimsə iddia etməsin ki, yerli avtomobillərin keyfiyyəti aşağıdır və ya standartlara uyğun gəlmir. Əgər belədirsə, onda niyə bu sahəyə milyonlarla vəsait qoyulub? Əgər bir avtomobil zavodunun istehsalı taksi xidmətinə yaramırsa, nədən dövlət vəsaiti ora yönəldilib?
P.P.S. London taksilərində gəzməkdənsə, vətəndaşımızı londonlular kimi yaşamağa öyrətməliyik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır