"Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?
"Bu sahədə səlahiyyət sahibi deyilik”
Bu sözləri Sfera.az-a açıqlamasında mərhum millət vəkili Fəttah Heydərovdan sonra Ağsaqqallar Şurasının sədrinin kim ola biləcəyi sualına cavab verərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Bu barədə düşünməmişəm. Amma Ağsaqqallar Şurasının sədri hörmətli, tanınan şəxsiyyət olmalıdır. İşi, əməli, həyat tərzi, fəaliyyətilə seçilən nümunəvi insan olmalıdır. Ağsaqqallıq asan məsələ deyil. O adamın tərbiyyəsi, əxlaqı, dünyagörüşü, elmi, insanlara, dövlətə münasibəti kamil, təkmil olmalıdır. Yalnız sadaladığım bu xüsusiyyətlərə malik adam həmin vəzifəni daşıya bilər. Yəqin ki, səlahiyyət sahibləri, cənab Prezident sözünü deyəcək. Biz bu sahədə səlahiyyət sahibi deyilik”.
"Bəxtiyar Vahabzadə, Çapay Sultanov sağ olsaydılar deyərdim”
Bu fikirlər isə tanınmış vəkil Aslan İsmayılova məxsusdur: "Onu ağsaqqallar özləri seçməlidir, kimsə təyin etməməlidir. Bu barədə qəti fikir söyləyə bilmərəm. Birincisi, ağsaqqalları müəyyən etmək lazımdır. Ondan sonra onlar kimi sədr seçsələr o da olacaq. Bəxtiyar Vahabzadə, Çapay Sultanov sağ olsaydılar deyərdim”.
"Müəyyənləşdirə bilməmişəm”
Sayta açıqlamasında bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söylədi:
"Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Azərbaycanda hörmətli ağsaqqallarımız kifayət qədərdir. Amma rəhmətlik Fəttah Heydərov səviyyəsində ziyalı bir insanı əvəzləyə biləcək şəxsi hələ ki, özümdə müəyyənləşdirə bilməmişəm. Hər halda bu mövzuda olan suallara cavab verməkdə çətinlik çəkirəm”.
"Anar, Qəzənfər Paşayev, deputatlardan Ziyad Səmədzadə”
"525-ci qəzet”in başredaktoru Rəşad Məcid Ağsaqqallar Şurası sədrliyinə yuxarıda adlarını çəkdiyi şəxslərin seçilməsini daha məqbul bilir:
"Sual qəfildir. Fəttah Heydərovun fəaliyyəti və nüfuzu məqbul idi. Onu əvəz edəcək ağsaqqalı əlbəttə ki, fikirləşib tapmaq olar. Daha çox ağlıma yazıçılar və ədəbiyyat adamları sırasından olanlar gəlir. Məsələn, yazıçı Anar, Qəzənfər Paşayev. Yaşlıdeputatlardan Ziyad Səmədzadəni də bu posta layiq bilirəm”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır