İslahatları oliqarx məmurlar sabotaj edir... - Gömrükdəki yenilənməyə daha bir ETİRAZ
Dövlət başçısı İlham Əliyevin iqtisadi liberallığı və azad rəqabətin inkişaf etdirilməsi istiqamətində verdiyi açıqlamaların reallaşdırılması ölkədə bu sahədəki inkişafa, eləcə də kiçik və orta sahibkarlığa töhfə ola bilər”.
Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, pandemiya şəraitində onlayn ticarətin inkişafı, bundan bir çox vətəndaşların qazanc əldə etməsi, hökuməti hərəkətə gətirdi:
“Nazirlər Kabinetinin onlayn ticarətdə gömrük rüsumlarını tətbiq etməsi, bu ticarətə kvota qoyması, gətirilən malların həcminin 300 dollara endirilməsi birbaşa ölkə iqtisadiyyatına zərbə və oliqarxiyanın maraqlarına xidmət etməklə, xalqın iqtidardan narazılığının formalaşmasına yönələn qərardır. Nə var, nə var ki, onlayn ticarətdə aztəminatlı təbəqə yararlanır. Bunun da qarşısı alınırsa,bu, birbaşa xalqa qarşı gəlməkdir. Bu qərarın ləğvi mütləqdir. Guya bu, daxili istehsalın stimullaşdırılmasına xidmət edir və xarici valyutanın xaricə çıxmasının qarşısını alır. Birincisi, Azərbaycanda daxili istehsalat yoxdur, adi corabı xaricdən idxal edirik. İkincisi, özünüz xarici valyutanı iri bağlamlarda təyyarələrin yük yerində xaricə göndərməsəniz, xaricə külli miqdarda valyuta çıxmaz. Görünən odur ki, iqtisadi sahədəki müəyyən islahatları hakimiyyət daxilində oliqarx məmurlar sabotaj edir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır