Əflatun Amaşov "toy olayı"ndan danışdı
Hər bir şəxs mövqeyindən, vəzifəsindən asılı olmayaraq qanun qarşında bərabərdir. İndiki həssas məqamda vəzifəli və cəmiyyətdə ictimai nüfuzu olan şəxs və ya şəxslər üçün qanunlara riayət həm də mənəvi məsuliyyət məsələsidir.
Son günlər cəmiyyətin reaksiyasını doğuran, belə demək mümkünsə, "toy olayı" kimi səciyyələndirilən hadisə onu deməyə əsas verir ki, kimlərsə nəinki qanuni, eyni zamanda daşımalı olduqları mənəvi məsuliyyəti unudublar. Koronavirus infeksiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə bu sayaq etinasızlıq da haqlı olaraq ölkə ictimaiyyətində narazılıq doğurur.
Hesab edirəm ki, bu, hər kəsin ciddi nəticə çıxarmalı olduğu olaydır. Prezident İlham Əliyevin bu gün Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edəndə vurğuladığı kimi, qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.
Əflatun Amaşov
Mətbuat Şurasının sədri

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır