SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Məşhur toyla bağlı daha bir SKANDAL QALXA BİLƏR... - Yeni SİYAHI TUTULUR

Məşhur toyla bağlı daha bir SKANDAL QALXA BİLƏR... - Yeni SİYAHI TUTULUR

Tarix:

24-08-2020, 10:51

/ 1 100 dəfə oxundu.
Məşhur toyla bağlı daha bir SKANDAL QALXA BİLƏR... - Yeni SİYAHI TUTULUR

Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yaranmış ajiotaj hələ də ölkə gündəmini məşğul etməkdədir. Əslində burada başlıca məqam uzun müdət dövlətin başında dayananlardan birinin, konkret olaraq Ramiz Mehdiyevin, habelə onunla bərabər Siyavuş Mustafayev və digərlərinin DÖVLƏTİN QANUNLARI ilə rəsmən əylənməsi faktı ilə bağlı idi ki, buna da RƏSMİ REAKSİYA gərəkən səviyyədə oldu.

Hər halda, məşhur toyla bağlı verilən rəsmi reaksiyaların sərtliyi müzakirə oluna bilməz. Eyni zamanda bu toyu digərləri ilə müqayisə edib, "Ramiz Mehdiyevin toyu ilə bağlı nədən sabiq deputat İlham Əliyev və qudası həbs olundu, amma məsələn, müğənninin ad gününə nisbətən loyal yanaşıldı" deyə sual etmək də yersizdir. Səbəbi isə aydındır. Yuxarıda qeyd etdiyimiz məqam. Ramiz Mehdiyev dünənə qədər millətə məhz dövlət ərkanı nümunəsini əxz edənlərdən biri kimi təqdim olunurdu. Belə birisinin "yanlışı", əslində isə DÖVLƏTƏ MEYDAN OXUMA CƏHDİ hələ bundan da sərt cəzaya layiq görülməlidir. Ən azından düşüncələr belədir.

DİA.AZ bildirir ki, məşhur toyun ajiotajı təkcə toya gələnlər yox, GƏLMƏYİB, ÜRƏYİ ORDA OLANLAR üçün də başağrısına çevrilə bilərş. Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, 500-ə yaxın şəxs həmin toyda iştirak etməsə də, Mehdiyevin nəvəsi üçün özəl hədiyyələrini yollayıb.

Mənbənin dia.az-a söylədikləri: "Onların da siyahısı müəyyən olunur. Ona görə yox ki, hədiyyə göndərməklə hansısa qaydanı pozublar. Ona görə ki, hədiyyə göndərməklə hansı səfdə olduqlarını nümayiş etdiriblər".

Bu siyahı tərtib olunandan sonra necə rəftar olunacaq, hansı qərarlar veirləcək... bunu da zaman-zaman müşahidə edəcəyik. Hər halda aydın olanı odur ki, AJİOTAJ hələ səngiməyib...

Şərhlər

XƏBƏR LENTİ