Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...
Yasamaldakı park ərazisinin necə satışa çıxarıldığı məlum olub...
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olandan sonra həmin ərazinin qanunsuz olaraq hasarlanıb və satılması barədə bu gün mətbuatda yazılar dərc olunub. Yazıda qeyd olunur ki, həmin ərazidə qanunsuz işlər aparan ləğv olunan Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri, Prezident Adminstrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Kərəm Həsənovdur.
Bu məsələyə yaxından bələd olan məlumatlı mənbə əslində ərazinin kimlər tərəfindən satıldığını və sonradan bu özbaşınalığın qarşısının necə alınması ilə bağlı
Xalqxeber.az-a məlumat verib. Bildirilir ki, sözügedən parkın ərazisi əvvəlcə Mədəniyyət Nazirliyinin, daha doğrusu Kinoklubun balansında olub. Bu vaxt da orada müxtəlif adamlar müxtəlif tikinti aparmağa başlayıblar. Məsələ Əmlak Komitəsinə gəlib çıxanda isə məlum olub ki, ərazidə aparılan tikintilər qanunsuzdur. Bundan sonra Kərəm Həsənovun tapşırığı ilə qanunsuz illər dayandırılıb, tikintilər sökülüb və ərazi Dövlət Əmlak Komitəsinin balansına keçirilib.
Onu da qeyd edək ki, hazırda ərazi İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak xidmətinin balansındadır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır