XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » "Sosial medianın məhdudlaşdırılması tez-tez gündəmə gəlir, amma...” - GƏLİŞMƏ

"Sosial medianın məhdudlaşdırılması tez-tez gündəmə gəlir, amma...” - GƏLİŞMƏ

"Sosial medianın məhdudlaşdırılması tez-tez gündəmə gəlir, amma...” - GƏLİŞMƏ
30-07-2020, 10:39

Türkiyə parlamenti sosial medianın tənzimlənməsi ilə bağlı qanun qəbul edib. Qanuna görə sosial media sahibləri olan xarici şirkətlərdən (Facebook, Twitter, İnstagram ve s) tələb olunur ki , Türkiyədə ofislərini açsınlar.
Onlar həmçinin yerli qanunvericiliyin tələblərinə əməl etməsələr, məsuliyyət daşıyacaqlar. Bundan əlavə, dövlət orqanları tərəfindən təhqiramiz hesab olunan yazılar 48 saat ərzində silinməlidir, əks halda istifadəçiləri pul cərimələri gözləyir.

Qanun layihəsini “Sherg.az”a şərh edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, sosial medianın tənzimlənməsi ilə məhdudlaşdırılması eyni məqam deyil. Ekspert bildirib ki, Amerikada sosial şəbəkələr istifadəçilərinin yaydığı materiala qarışır. O zaman belə nəticə yaranır ki, sosial media məzmuna qarışırsa, onun özü də məsuliyyət daşımalıdır:

“Məsələn, sosial şəbəkə istifadəçilərindən biri nəsə paylaşanda bu, həmin şəbəkəyə maraqlıdırsa və informasiyanı təftiş edirsə, onun özünün də məsuliyyəti yaranır. Bu günə qədər belə deyildi.

Hər istifadəçi yaydığı paylaşıma görə məsuliyyət daşıyırdı. Hazırda bizdə belə deyil. Ölkəmizdə konkret olaraq sosial media istifadəçisi daha çox tənqidə yönəldiyi üçün bəzən narahatlığa səbəb olur.

Çox vaxt bunu məhdudlaşdırmaq üçün qanunvericiliyə gətirilməsi istənilir, amma gətirilmədi. Lakin sosial media internet üzərində olduğu üçün və internet də bir fəza olduğuna görə virtual fəzada hansısa bir ölkənin təkbaşına məsuliyyətə cəlb olunması mümkün olmaz. İnternetdə olan informasiyanı birbaşa qadağan etmək o qədər də effektiv yol deyil.

Yaxşı olar ki, istifadəçilərin özünü etik tənzimləməsinə buraxsınlar. Azərbaycanda sosial medianın tez-tez tənzimləməsi adı altında məhdudlaşdırma gündəmə gəlir.

Onsuz da bizdə informasiya haqqında qanunda çoxlu məhdudlaşdırma var. Sosial medianı da bura salmaq bizi ifadə azadlığına dözümsüz ölkə kimi tanıdacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.