Azərbaycanda toyların keçiriləcəyi tarix açıqlandıe
Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir.
Qeyd edək ki, son həftə yoluxmaların sayı xeyli azalıb. Hətta sağalanların sayı təxminən iki dəfə artıb. Yoluxma dinamikası azalmaqda davam edərsə, toyların günorta saatlarında müəyyən qaydalara əməl etməklə açıq havada keçirilməsinə icazə verilə bilərmi?
Baş infeksionist Cəlal İsayev bu barədə fikir səsləndirməyin düzgün olmadığını deyib.
“Hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-nə xeyli vaxt var. O dövrə kimi hansı dinamikanı müşahidə edəcəyimiz bilinmir. Əgər o dövrə kimi vəziyyət stabilləşərsə, Operativ Qərargah tərəfindən bu barədə qərar qəbul edilə bilər”, – deyə o vurğulayıb.
Cəlal İsayevin fikrincə, toylar açıq havada və günorta saatlarında keçirilsə belə sosial məsafə qoruna bilməyəcək:
“Bu barədə ancaq epidemoloji situasiya stabilləşdikdən sonra qərar veriləcək. İnsanlarımız bir az səbirli olsunlar. Operativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar. Biz bu yolla tezliklə normal həyatımıza qayıdıb, toylarımızı da, ad günləri və digər məclislərimizi də rahat şəkildə keçirə bilərik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır