Səfir qalmaqalı böyüyür - Ukrayna mediası Elmira Axundovanın 1 milyon müqabilində təyinat almasından yazır...
Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfiri, keçmiş deputat Elmira Axundovanın bu vəzifəyə təinatının qaranlıq tərəflərini işıqlandırmağa başlayıb. Söhbət Elmira Axundovanın 1 milyon dollarında səfir təyin olunması barədə iddiadan gedir.
Xatırladaq ki, ilk dəfə bu iddia ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çıxış edib. “Elmar Məmmədyarovun təyin etdiyi kadrlar aşkarlanmalıdır. Özü agentdirsə, onlar da agentdirlər. Məsələn, Elmira Axundova 1 milyon verərək səfir gedib. Azərbaycanda hamı bilir ki, Elmira Axundova Rusiyanın adamıdır, bunu hamımız bilirik”, - deyə ADP sədri vurğulayıb.
Ukrayna mediası isə yazır ki, mərhum Prezident Heydər Əliyev bu ölkə ilə münasibətlərə böyük önəm verib. Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Ona görə də Ukraynaya imici və reputasiyası təmiz olan şəxslərin səfir təyin olunması daha məqsədəuyğundur.
Doğrudur, ukraynalı həmkarlarımız “1 milyon dollar” iddasını təkzibedilməz fakt kimi qəbul etməyib. Maraqlıdır ki, Ukrayna mediası bu məsələdə Elmira Axundovanın oğluna istinad edir. İddialara görə, səfirin oğlu yaxın ətrafına deyib ki, anasının təyinatı 1 milyon dollara başa gəlib. Eyni zamanda Azərbaycanın ictimai-siyasi mühitində də bu məsələnin müzakirələrə səbəb olduğu vurğulanır. Eyni zamanda bu müzakirələrə istina edərək Elmira Axundovanın Rusiyaya bağlı şəxs olduğu qeyd edilir. Rusiya ilə Ukraynanın münasibətlərinin hansı səviyyədə olduğu isə bəllidir. Aydın şəkildə sezilir ki, bu iddialar Ukraynada narahatlıq yaradıb. Əks təqdirdə bu məsələyə toxunmazdılar.(yenisabah.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır