SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sürücülərin pulunu kim yeyir – BNA yoxsa sahibkarlar?

Sürücülərin pulunu kim yeyir – BNA yoxsa sahibkarlar?

Tarix:

13-07-2020, 01:01

/ 1 180 dəfə oxundu.
Sürücülərin pulunu kim yeyir – BNA yoxsa sahibkarlar?

Cari ilin əvvəlindən şəhərdaxili sərnişin avtobuslarının böyük əksəriyyəti kart sisteminə keçib. Bu zaman sürücülərin əmək haqqı onların işə çıxdığı günlər üzrə verilən yol vərəqələrinə görə hesablanıb. Hər yol vərəqəsi üçün nəzərdə tutulan tarif 52 manat olaraq qəbul edilib. “BakuBus” MMC-də isə bu məbləğ bir qədər artıq hesablanır. Onlarda iki növbəlik sistem olduğu üçün hər sürüçüyə 30 manat nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyinin nəzarətində olan digər marşrutlarda isə sürücülərə günaşırı istirahət verilməklə birnövbəlik sistemdə işləməyə icazə verilib. Beləliklə, normal şəraitdə (yəni karantin dövründən əvvəl) istər BakuBus MMC-yə məxsus, istərsə də BNA-nın nəzarət etdiyi ayrı-ayrı sahibkarlara məxsus marşrutlar üzrə sürücülərin əmək haqqı 750 manatdan aşağı olmayıb.
Pandemiya dövründə digər sahələr kimi nəqliyyat sistemi də çətinliklərlə üzləşib. Xüsusi karantin rejimi günlərində sərnişinlərin azlığı, ciddi karantin rejimində isə avtobusların tamam işləməməsi sahibkarlara xeyli ziyan vurub. Lakin dövlət büdcəsindən bu zərəri kompensasiya etmək üçün digər sahələrə olduğu kimi, nəqliyyat sisteminə də külli miqdarda vəsait ayrılıb. Əldə olunan məlumata görə bu vəsaitin məbləği ümumilikdə 217 milyon manat (rəsmilər dəqiq rəqəm desə düzəliş edərik) olub. Bu məbləğin bir hissəsi “BakuBus” MMC-nin nəzdində yeni M (metro) marşurutların açılmasına, digər məbləğ isə birbaşa sahibkarların hesabına köçürülüb. Bu minvalla sahibkarlara demək olar ki, elə də ziyan dəyməyib. Ona görə də ağır şəraitdə işləyən sürücülərin əmək haqlarına da təsir olmamalı idi. Amma vəziyyət heç də belə deyil, “BakuBus” MMC-yə, “Xaliq Faiqoğlu” MMC-yə məxsus marşrutlar üzrə işləyən sürücülər (nisbətən kiçik həcmli avtobuslarda hər yol vərəqi üçün 52 manat, böyük həcmli avtobuslarda isə hər yol vərəqi üçün 57 manat) əmək haqlarını əvvəlki qaydada ala bilsələr də, digər marşrutlarda əmək haqqının xeyli hissəsi kəsilib. Bu məbləğ hər yol vərəqəsinə görə müxtəlif marşrutlar üzrə 30-40 manata qədər endirilib. Ən acınacaqlı vəziyyətdə olan 4, 26, 38, 67, 202 saylı marşurut xətlərində işləyən sürücülərdir. Bu marşurutlar üzrə sürücülərin aylıq iş günləri də xeyli azaldılıb. Hətta ay ərzində 6-7 yol vərəqəsi yazılan sürücülər var. Beləliklə bu marçurutlarda işləyənlərin karantin rejimində aylıq əmək haqqı ən yaxşı halda 450 manat, pis halda isə 180 manat və ondan da aşağı olub. Həmin marşrutda çalışan sürücülərin bildirdiyinə görə “Xaliq Faiqoğlu” MMC və” BakuBus” MMC-yə məxsus marşurutlarda işləyən sürücülərə karantin rejimi olan aylarda əlavə olaraq 140 manat birdəfəlik yardımlar da verilib, onlar isə bu yardımdan da məhrum olublar. Bundan əlavə həmin sürücülərlə olan əmək müqavilələrində də çatışmazlıq olduğu bildirilir.
Yazıda qeyd qeyd olunan faktlar göstərilən marşurut xətlərində çalışan ayrı-ayrı sürücülərlə söhbət zamanı toplanıb. Bakı Nəqliyat Agentliyi və adı çəkilən xətlər üzrə nəqliyyat vasitələrinin sahiblərinin mövqeyini də dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ