Koronavirusla bağlı 7 il öncəki xəbərə açıqlama - Video
7 il əvvəl ANS TV-nin efirindən koronavirusla bağlı səsləndirilən xəbərin videoyazısı gündəmin müzakirə mövzusuna çevirilib...
Xəbərdə deyilir:
“Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır, yeni ölümcül virus yayılır. İnsandan insana keçə bilən virus 10-dan çox insnanın həyatına son qoyub. Virusun xüsusilə yaşı 60-ı ötən kişilərdə ağır keçdiyi bildirilir. Virusa qarşı effektiv dərman yoxdur. Alimlər virusun yaranma ocaqlarını və onun insana yoluxma yollarını hələlik aşkarlaya bilməyib”.
Ardınca verilən süjetdə xəstəliyin əsas əlamətləri kimi yüksək hərarət, öskürək, boğulma və tənəffüs çatışmazlığı qeyd edilir. Eynilə COVID-19-un əlamətləri kimi...
Bəziləri videonun montaj olduğunu iddia edir. Videogörüntünün həqiqiliyinə inananlar isə 7 il ərzində vaksin hazırlamadığına görə Ümumdünya Səhiyyə Təşkilatını ittiham edib.
Sözügedən videoyazıda xəbəri jurnalist Afət Telmanqızı səsləndirib.
Məsələ ilə bağlı açıqlama verən A.Telmanqızı videonun real olduğunu bidirib:
“Bu, ANS-in 2013-cü il may ayında “Xəbərçi”də efirə getmiş kadrlarıdır. Bu videoda montajdan söhbət gedə bilməz. Həmin vaxt virusun heyvandan insana keçməsi məsələsi gündəmdə idi. Əgər kadrdan sonra reportaj verilir, reportajın üstündə də koronavirusla bağlı titr gedirsə, burada montaja yer qalmır.
Videogörüntüdə 2013-cü ildə dünyanı bürüyən virusdan bəhs edilir. Görünən odur ki, indiki COVID-19 həmin virusun başqa bir növüdür”.
Jurnalist deyir ki, xəbərin oxunması təsadüfən onun efir vaxtına düşüb:
“Bu xəbəri də oxumaq mənim payıma düşüb, bilmirəm təsadüfdür ya nə, hər halda belə alınıb. Dünəndən sosial şəbəkələrdə geniş müzakirə edilən videonu izləyən dostlarım zarafatla deyir ki, “koronavirus sənin işlərindir””.(Modern.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...