SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Təbbəsüm Məmmədovanın ölçüləri üç dəfə böyümüşdü və süni tənəffüs cihazından ayrılmamışdı" - Bu məsələ çox ciddi araşdırılmalıdır

"Təbbəsüm Məmmədovanın ölçüləri üç dəfə böyümüşdü və süni tənəffüs cihazından ayrılmamışdı" - Bu məsələ çox ciddi araşdırılmalıdır

Tarix:

29-06-2020, 14:34

/ 2 446 dəfə oxundu.
"Təbbəsüm Məmmədovanın ölçüləri üç dəfə böyümüşdü və süni tənəffüs cihazından ayrılmamışdı" - Bu məsələ çox ciddi araşdırılmalıdır

Atasının dediyinə görə, Təbbəsüm Məmmədovanın ölçüləri üç dəfə böyümüşdü və süni tənəffüs cihazından ayrılmamışdı. Məhkəmə təbabətinin kitabında buna meyit enfizeması deyilir. Həmin proses ölümdən 3-5 gün sonra baş verir. Süni tənəffüs cihazından ayırmamaq nə deməkdir?! Əgər ölmüş birini hər hansı bir məqsədlə cihazlardan çıxartmırlarsa, kommersiya məqsədi daşıyırsa... Mənim başqa sözüm yoxdur. Bu məsələ çox ciddi araşdırılmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, tibb elmləri doktoru, professor Vüqar Məmmədov, “Bona Dea International Hospital” klinikasında 22 yaşlı Təbbəsüm Məmmədovanın ölümü ilə bağlı danışarkən deyib.
Vüqar Məmmədov bildirib ki, bu hadisəyə görə susub keçmək olmaz:
“Klinika çox güman ki, çürümə qoxusunun ətrafa yayılmasının qarşısını ala bilmədiyi üçün nəşi ailəsinə təhvil verib. Bu dözülməz bir haldır. Valideynlərin danışıqları, baş verənlər onu göstərir ki, klinikada insanlığa, mənəviyyata, hüquqa sığmayan hərəkətlər edilir”.
O, eyni zamanda məsələnin ciddi şəkildə araşdırılması üçün Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva, Baş prokuror Kamran Əliyevə müraciət edib.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin həkimləri Təbbəsüm Məmmədovanın xəstəliyinin son mərhələdə olduğunu desələr də, “Bona Dea International Hospital” xəstəxanası ümid işığının olduğunu deyib.

Şərhlər

XƏBƏR LENTİ