"Polisin ucuz şouya ehtiyacı yoxdur” – DİN-dən Yasamal klipinə reaksiya
Xüsusi karantinin tətbiq olunduğu bu günlərdə Yasamal rayonunda eyvana çıxaraq, Azərbaycan polisinin şəninə mahnı oxuyan, daha sonra onlara çiçək atan "qonşular”ın fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə yol açıb. Fotoda əllərində dönər və sərinləşdirici içki olan "qonşular” konsert sonrası kollektiv görüntülərini əbədiləşdiriblər. Əksəriyyət "qonşular”ın jestini ucuz şou adlandıraraq, bunu təşkil edənləri qınayıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Daxili İşər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyilənlərlə razılaşmayıb:
"Bu, tamamilə sakinlərin öz istəklərilə təşkil olunmuş bir jest idi. Vətəndaşlara buna görə irad bildirə bilmərik, sadəcə təşəkkür edirik”.
Qonşuların Milli Konservatoriya tələbələri olmasına gəlincə, DİN rəsmisi bundan məlumatsız olduğunu deyib:
"Mən o sakinləri tanımıram. Sizin kimi sadəcə videodan izləmişəm. Amma bunu iddia edənlər varsa da, demək istəyirəm ki, çətin günlərdə öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan polisinin hansısa ucuz şouya, hansısa mahnıya ehtiyacı yoxdur. Bu, sadəcə sakinlər tərəfindən edilmiş xoşməramlı bir jest idi. Uşaq-böyük, qadın-kişi hamısı eyvanda idi. Burada pis nəsə axtarmaq gərəksizdir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır