Əli Həsənovun aqibəti necə olacaq? - GƏLİŞMƏ
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin başlanılması Prezidentin keçmiş köməkçisi Əli Həsənovu yenidən diqqət mərkəzinə gətirib.
Yenisabah.az xatırladır ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İsarəsinə Hesblama Palatası tərəfindən KİVDF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı material daxil. Materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.
Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə rəsmi məlumat yayılandan dərhal sonra sosial şəbəkələrdə müzakirələr başlayıb. Müzakirələrdə diqqət çəkən məqam Prezidentin keçmiş köməkçisi Əli Həsənovun da məsuliyyətə cəlb olunması barədə tələblərdir. Hesab edilir ki, baş verən qanunsuzluqlarda onun da rolu az deyil. Xüsusilə, jurnalistlər üçün tikilən binalarda mənzillərin ədalətsiz bölgüsü ilə bağlı ittihamlar birbaşa Əli Həsənova yönəldilir. İddialara görə, bölgünün bu sayaq aparılması bilavasitə Əli Həsənovun istəyi ilə olub. Keçmiş köməkçi hələ ki, ittihamları cavablandırmayıb.
Bəzi ehtimallara görə, KİVDF ilə bağlı araşdırmalar nəticə etibarilə Əli Həsənov üçün ciddi başağrısına çevrilə bilər. Nəzərə almaq lazımdır ki, böyük bir jurnalist ordusu keçmiş köməkçidən narazıdır və hər gün onun barəsində neqativ materiallarla çıxış edirlər. Bu materiallar isə əsasən Əli Həsənovun yarıtmaz media siyasəti ilə bağlı faktlarla zəngin olur.
Bundan başqa, bir qrup jurnalist mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə yayılan məlumatlarda bildirirlir ki, müraciətdən sonra onlar Korrupsiyaya Qarşı Mübarizə İdraəsinə çağırılıb. Onlara KİVDF-dən yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni şəxslərə birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib. Korrupsiya idarəsinə çağırılan jurnalistlər Əli Həsənovun da barəsində cinayət işinin başlanılmasını istisna etməyiblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır