XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi

Pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi

Pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi
11-06-2020, 18:22

Loqos "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi"nin Regionlarla İş şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası üzrə kurator, "AirMix" könüllü qrupunun yaradıcısı və rəhbəri, Nərimanov rayonun fəal gənci Ümidə Rəhimova

Hazırki dövrdə dünyamız böyük bir bəla ilə - koronavirus pandemiyası ilə mübarizə aparır. Bu mübarizə dünyaya olduqca böyük zərər vurub. Müxtəlif sahələrdə baş verən enmələr pandemiyanın dünyaya "bəxş etdiyi" bir bəladır. Xatırlatma olaraq bildirək ki, müxtəlif dövrlərdə belə viruslar dünyaya çağırılmamış qonaq kimi təşrif buyurublar. İspanka, Donuz qripi və.s buna nümunə göstərə bilərik. İlk olaraq "Pandemiya nədir?" sualına aydınlıq verək. Pandemiya - böyük arealı əhatə edən xəstəlik və yaxud virusdur. COVİD-19 bəlasından əvvəl donuz qripi dünyanı bərk qorxutmuşdu. Belə pandemiyalar kütləvi insan tələfatı ilə nəticələnir.
Dünyanın nəhəng dövlətləri pandemiya təxirəsalınmaz addımlar atır və mübarizə aparırlar. ABŞ, Rusiya, Braziliya, Çin, İtaliya, İspaniya, Türkiyə və.s kimi dövlətlər bu yöndə çox mühüm addımlar atsalar da, böyük itkilərlə qarşılaşdılar.
Azərbaycan pandemiyaya qarşı çox mühüm qərarlar qəbul edir və bu qərarlar əsasında kütləvi yoluxmanın qarşısını almağa çalışır. Təsadüfi deyil ki, ölkəmiz pandemiyanın sürətlə yayılmasının qarşısını almaq məqsədilə koronavirusun dünyada sürətlə yayılmasının başlamasından daha öncə tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərə istər ölkədaxili, istərsə də sərhədlərdə məhdudiyyətlərin edilməsini göstərə bilərik. Ölkədə qabaqlayıcı tədbirlər çərçivəsində mühüm işlər görüldü və bu proses davam etdirilir. Profilaktik tədbirlərə nümunə olaraq, modul tipli xəstəxanaların açılması və tez bir zamanda istifadəyə verilməsini göstərə bilərik. Digər tərəfdən pandemiya ilə mübarizədə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın diqqətini unutmaq olmaz. İlk günlərdən etibarən şəxsən nəzarət edən cənab prezidentin tapşırıqları nəticəsində çox qısa müddətdə ölkədə tələbatın ödənilməsi istiqamətində maska və spirt istehsalı müəssisələri, o cümlədən beynəlxalq standartlara cavab verən hospital və modul tipli xəstəxanalar istifadəyə verildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər bir daha sübut edir ki, dövlətimiz vətəndaşların sağlamlığı və təhlükəsizliyini hər şeydən uca tutur. Görüşdə İlham Əliyev pandemiya ilə mübarizədə fəaliyyət göstərən polis, həkim və digər peşə sahiblərinin fəaliyyətini qiymətləndirdi, onlara təşəkkürünü bildirdi.
Eyni zamanda əhalini mövcud vəziyyətlə bağlı məlumatlandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın rolu danılmazdır. Verilən bütün qərarlar əhalinin sağlam qalması və kütləvi yoluxmanın qarşısının alınması istiqamətində verilir.
Verilən qərar və görülən tədbirlər təkcə ölkəmizin vətəndaşları tərəfindən deyil, digər ölkə və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı rəsmiləri də Azərbaycanı bir çox ölkələrə nümunə göstərməyi bunu bir daha əyani sübut edir.
Bütün qeyd etdiklərimiz bir daha sübut edir ki, dövlətimiz öz vətəndaşına layiqli qiymət verir və bu proses bundan sonra da davam edəcəkdir.
Bizim də borcumuz bu çətin dövrdə dövlətimiz tərəfindən qəbul edilən qərarlara riayət etməkdir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.