Əbülfəs Qarayev Eldar Mahmudovun taleyini yaşayacaqmı? - GƏLİŞMƏ
Mədəniyyət Nazirliyindəki korrupsiya piramidası ifşa ediləndən sonra maraqlı gedişat müşahidə olunmaqdadır.
Yada salaq ki, Əbülfəs Qarayevin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov rüşvət faktlarına görə həbs ediliblər.
Mayın 21-də isə Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam verilib.
Qeyd edək ki, ümumilikdə 26 il nazir olan Ə.Qarayev son 14 ildə mədəniyyət sahəsinə rəhbərlik edirdi. Hazırda Qarayevin müavini və idarə rəisi istintaq altındadırlar. Onun özü isə azadlıqda gəzir. Bu cür gedişat E. Mahmudov vəzifəsindən azad ediləndən sonra müşahidə olunmuşdu.
Ləğv edilmiş MTN-in sabiq rəhbəri E.Mahmudovun da komandasının əsas üzvləri həbs edilsə də, ona toxunulmadı. 2015-ci il oktyabrın 17-də işdən çıxarılandan sonra sabiq nazirin həbs ediləcəyi gözlənsə də, ötən 5 ildə bu baş verməyib. Bunu sabiq təhlükəsizlik nazirinin əlindəki kompromat sandığından məharətlə istifadə etməsi ilə əlaqələndirənlər var. Komanda üzvləri həbsə alınan, özü isə işdən çıxarılan Ə. Qarayevin “kompromat sandığı” olması ehtimalı yoxdur. Olsa-olsa onun 1 sandıq qızılı-briliyantı olar.
Belədirsə, onu niyə istintaqa cəlb etmirlər? Ortada olan sübut-dəlillər Ə. Qarayevin günahının sübutu üçün yetərli deyilmi?
Eks Mədəniyyət nazirini sabiq Təhlükəsizlik naziri ilə tərəzinin eyni gözündə saxlayan nədir? Bu suallar indilik açıq olaraq qalır. Yaxın zamanlarda buna bir məntiqli cavab yəqin tapılar...
“Yeni Müsavat”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır