XalqXəbər.Az

XalqXeber.Az » Aktual » Liman direktoru aysberqdə: prezident Taleh Ziyadova “özlərindən küssünlər” niyə dedi?

Liman direktoru aysberqdə: prezident Taleh Ziyadova “özlərindən küssünlər” niyə dedi?

Liman direktoru aysberqdə: prezident Taleh Ziyadova “özlərindən küssünlər” niyə dedi?
16-01-2017, 21:32

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov üçün sınaq müddəti başlanıb

Mötəbər mənbələrdən daxil olan xəbərə görə, prezidentin limanın tikintisində yolverilmiş nöqsanları sərt şəkildə tənqid etməsi direktor üçün yaxşı perspektiv vəd etmir.

İ.Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezidentin çıxışında yer verdiyi məqamlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədədir.

Prezidentin çıxışından belə məlum olur ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Və İlham Əliyev bildirib ki, limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır.

Sitat: “Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər.

İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir.

Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.

Mötəbər mənbələrdən daxil olan xəbərə görə, podratçı şirkətlərin məsuliyyətsizliyi ilə yanaşı T.Ziyadovun səhlənkarlığı və əməlində korrupsiya şübhələri var.

Mətbuat yazır ki, limanın xidmətlərindən istifadə edən şəxslərdən qanunsuz ödəniş tələb edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov faktiki olaraq xarici iş adamlarını Azərbaycandan qaçaq salmaqla ölkə prezidentinin iqtisadi layihələrini boykot edir.

Ölkə prezidenti xarici və yerli iş adamlarına ölkəmizdə hər cür şəraitin yaradılması ilə bağlı göstərişlərinə baxmayaraq, Taleh Ziyadov məhz şəxsi mənfəətlərinə görə iş adamlarını incidir, onları ölkəmizdən kənar keçən yollardan istifadə etməyə zorlayır. Bunun müqabilində isə hər il dövlət büdcəsinə külli miqdarda ziyan dəyir.

Taleh Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanınında yaratdığı bu qeyri-sağlam mühit ölkə prezidentinin iqtisadi siyasətinin sabotaj olunması kimi qiymətləndirilməlidir.

Çünki öz cibini doldurmaq məqsədi ilə iş adamlarından əlavə ödəniş tələb edən liman rəisi faktiki olaraq prezidentin iqtisadi layihələrinin reallaşmasını əngəlləyir.

Ölkə prezidenti xarici və yerli iş adamlarına ölkəmizdə hər cür şəraitin yaradılması ilə bağlı göstərişlərinə baxmayaraq, Taleh Ziyadov məhz şəxsi mənfəətlərinə görə iş adamlarını incidir, onları ölkəmizdən kənar keçən yollardan istifadə etməyə zorlayır.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyinin, xüsusən də baş direktor Taleh Ziyadovun və baş direktorun müşaviri İlham Mehrəliyevin Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə suçlanan FETÖ terror təşkilatının Azərbaycan şəbəkəsinin önəmli simaları olmaları barədə məlumatlara Azərbaycan mətbuatında son zamanlar davamlı olaraq rast gəlinir. Qarşı tərəfi dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.