DİN və Baş Prokurorluq Biləsuvardakı olayla bağlı birgə MƏLUMAT YAYDI
May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşmışlar. Bu barədə göndərilən Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə məlumatında deyilir.
Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk etmişlər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirmiş, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişlər.
Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılmışdır. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmış, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilmişdir.
Hazırda istintaq araşdırmaları davam etdirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır