Deputatlar Biləsuvardakı əməliyyatdan danışdı: "Getsin Qaradağda daş daşısın"
"Qoy getsin Qaradağda daş daşısınlar”.
Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri tərəfindən Biləsuvar rayon İcra Hakimiyyətinin binasında keçirilən əməliyyatı şərh edərkən deyib.
Deputat belə insanlarda abır-həyanın olmadığını deyib:
"Mən bunlar haqqında sözümü iki gün öncə İsmayıllıda baş verən hadisə vaxtı demişiməm. Fikirimi söyləmişəm, indi də üstündə dayanıram. Sözümün qədrini bilən adamam. Gündə biri yaramaz hərəkətlərə yol verəcək, biz buna neyləyək? Bunlar abır-həya eləmirlərsə, getsinlər taleylərini yaşasınlar. Qoy Qaradağ həbsxanasında daş daşısınlar. Daha bitdi, qurtardı. Bundan sonra onlar ancaq daşın üstünə qışqırarlar ki, "daş sən niyə ağırsan”.
Deputat Fazil Mustafa icra başçılarının karantin dövründən də heç bir nəticə çıxarmadığını qeyd edib:
"Gözlənilən bir şeydir. Hesab edirəm ki, bu məsələdə Dövlət Təhlükəsizlik Xidməti çox uğurlu bir əməliyyat aparıb. Başqalarına ibrət dərsi olsun ki, bəlkə anormal fəaliyyətdən çəkindilər. Həqiqətəndə vətəndaşları narahat edən məsələdir. Xüsusi ilə də indiki şəraitdə yardımların mənimsənilməsi insanlığa sığmır. Ümid edirəm ki, bundan sonrakılar dərs alacaq və belə hadisələr təkrarlanmayacaq”.
Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. İcra başçısı, müavinlərin və bir sıra vəzifəli şəxsin həbs olunduğu deyilir.(qaynarinfo.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır