Daha bir namizəd Fərəc Quliyev haqda MSK-ya şikayət etdi - Namizədliyi ləğv oluna bilər
31 saylı Suraxanı ikinci dairəsindən deputatlığa namizədliyini irəli sürən təhsil eksperti Etibar Əliyev də həmin dairədən növbəti dəfə mandat qazanmaq istəyən Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib.
Bu barədə Yenisabah.az-a Etibar Əliyevin özü bildirib. Onun sözlərinə görə, şikayəti Fərəc Quliyevin həmin dairədən namizədliyini irəli sürmüş blogger Mehman Hüseynova şirinikləndirici təkliflər etməsilə bağlıdır. “Fərəc Quliyevin əməlində ciddi qanun pozuntusu var. Hətta bəlkə cinayət tərkibi də var, bunu hüquqşünaslar yaxşı bilər. Ona görə də Mərkəzi Seçki Komissiyasına müraciət şikayət etmişəm. Bununla yanaşı Baş Prokurorluğa da faktı araşdırmaq üçün müraciət hazırlayıra”, -deyə Etibar Əliyev vurğulayıb.
Təhsil eksperti əlavə edib ki, Fərəc Quliyevin əməli ölkədə elan olunan islahatlara böyük zərbədir. “Ölkədə bütün sahələrdə islahat elan olunub. Belə bir situasiyada Fərəc Quliyevin qol verdiyi qanun pozuntuları seçicilərdə ciddi narazılıq yaradır. Onsuz da Fərəc Quliyevin 31 saylı Suraxanı ikinci seçki dairəsində nüfuzu yox idi. Mandatını götürüb getmişdi.
Mehman Hüseynovla bağlı baş verən hadisə isə heç bir dairədə baş verməyən, analoqu olmayan bir olaydır. Ümid edirəm ki, müvafiq qurumlar məsələni araşdırıb uyğun qərar qəbul edəcəklər.
Onu da qeyd edim ki, indiyə qədər bu dairədə namizədlərin təbliğat və təşviqat kampaniyasına heç bir maneə olmayıb. Sərbəst şəkildə kampaniya aparırıq. Təəssüf ki, Fərəc Quliyev kimilər öz qanunsuz əməlləri ilə həm seçicilərdə, həm də namizədlərdə narazılıq, seçkiyə inamsızlıq yaradır”, - deyə Etibar Əliyev bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır