Polis döyülən uşaqla tərbiyəvi söhbət aparacaq! - AÇIQLAMA
Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı RPİ İstintaq şöbəsində müvafiq araşdırmalar aparılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb.
“Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq, onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib.
Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktika çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir.
Azyaşlının anası, Ə.Quliyevin 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızdır”, - deyə məlumatda vurğulanıb

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır