Nərminin atası: “Ev üçün Prezidentdə müraciət etməmişik”
Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə aydınlıq gətirib.
O, bunun jurnalistlərin uydurması olduğunu bildirib.
“Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”,- deyə Ş.Quliyev bildirib.
“Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”,-sualına o, belə cavab verib: “Hələ ki belə bir fikrimiz yoxdur”.
Daha sonra o, Bakıda ev olsa belə paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Nərminin anası Aynurə İsmayılovanın News24.az saytına videomüsahibəsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya Bakıda mənzil üçün müraciət etməsi böyük rezonansa səbəb olub.Olke.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır