Vaqif Əsədovdan daha bir AÇIQLAMA
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
V.Əsədov bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib:
"Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim işdən çıxmağımı doğrudan da kimsə istəyirsə, mən istəmərəm onların qəlbi qırılsın, onlar narahat olsun. Günü bu gün raport yazıb işdən gedərəm. Təki bu informasiyanın yayımlanmasında maraqlı olan şəxslər narahat olmasın. Amma kimsə mənim qalmağımı, xidmət aparmağımı istəyirsə, onlara deyirəm ki, narahat olmasınlar. Mən funksional vəzifəmi qanunda göstərilən tələblər üzrə yerinə yetirirəm. Söz yox ki, rəhbərliyin verdiyi əmr müzakirə olunmur. Nə vaxt təqaüdə çıxmağımı əmr etsələr, onda da getməliyəm və gedəcəyəm. Heç kim daimi deyil, əvəzedilməz insan yoxdur. Sadəcə bilmək istəyirəm ki, mənim işdən getməyimi bu səviyyədə işıqlandırmaq nə deməkdir? Mən elə dünən işdən çıxarıldığım barədə məlumat yayılan tribunada hava şəraiti və yol polislərinə verilən yeni forma ilə bağlı məlumatlar verdim. Mənim işdən çıxdığımı yayan şəxslər bu açıqlamaları oxumadılar?".
Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Lakin yeni şəxsi heyət təsdiqlənəndə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.Qafqazinfo

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır