XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Zakir Fərəcov yerlisi, nəqliyyat xanı Xannı Rüstəmovla yollarını nədən ayırdı?

Zakir Fərəcov yerlisi, nəqliyyat xanı Xannı Rüstəmovla yollarını nədən ayırdı?

Zakir Fərəcov yerlisi, nəqliyyat xanı Xannı Rüstəmovla yollarını nədən ayırdı?
7-01-2020, 13:50

Bir neçə gün əvvəl dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib. Əslində onun ölkədən qaçması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və Zakir Fərəcovun nəzarətindən heç Yalamaya qədər də gedə bilməz. Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Xannı Rüstəmov külli miqdarda pulları mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Yerinə isə İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təyin edilib. Qeyd edək ki,Gündüz Əliyev bu vəzifəyə gələnə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri işləyib. Zakir Fərəcov Abşeron rayon Mənzil Kommunal Təsərrüfatı Birliyiinin rəisi olan bacısı oğlu Hüseyn Sovet oğlu Həsənovu (qardaşı Məhəmməd Həsənov isə hazırda Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müvinidir.) bu vəzifəyə təyin etdikdən sonra Gündüz Əliyevə İcra Hakimiyyətində iş verilib. Məlumatlara görə Gündüz Əliyevin qayınatası biznesmendir və Zakir Fərəcovla işbirliyi mövcuddur.

Xannı Rüstəmovun qaçması məsələsinə gəlincə. Aktualinfo.org hələ 2017-ci ildə Xannı Rüstəmovun Sumqayıtda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlardan pul toplaması barədə silsilə yazılar dərc etmişdi. Sözügedən məqalələrdə Xannı Rüstəmovun Sumqayıt şəhər İcra Hakimiyyətinin adından yaratdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda pul topladığını bildirmişdik. Qeyd etmişdik ki, Sumqayıt şəhərində fəaliyyətdə olan sərnişin avtobuslarının üzərinə yazılmış “Sumqayıt şəhər İcra Hakimiyyəti” sözlərinin əslində İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur və formal olaraq yazılıb. Xannı Rüstəmovun qaçması xəbəri yayıldıqdıqdan sonra apardığımız araşdırmalara görə, Vergilər Nazirliyi kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “SUMQAYIT NƏQLİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyət 2 saylı Ərazi Vergilər İdarəsində 05.10.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri İnşaatçılar küçəsi ev 40, qanuni təmsilçisi isə Xannı İsa oğlu Rüstəmovdur. Sual yaranır. Əgər MMC Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılıbsa qanuni təmsilçisi nə üçün Sumqayıt şəhər İcra Hakimiyyəti deyil, Xannı Rüstəmov olub? Qeyd edək ki,İcra Hakimiyyəti də Sumqayıt şəhərində, Azərbaycan prospekti 9 ünvanda yerləşir,İnşaatçılar küçəsi ev 40-da deyil.

Mətbuatda Xannı Rüstəmovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısının həyat yoldaşı olması barədə yayılmış məlumatlar da həqiqəti əks etdirmir. Belə ki, Sumqayıt şəhərində fəaliyyətdə olan başqa bir MMC-nin müdiriyyəti ilə səhv salınır. Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta İcra Hakimiyyətinin başçısı təyin olunduqdan cəmi bir neçə ay sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılmış “Sumqayıt Nəqliyyat ” MMC-yə alternativ olaraq 17.11.2016 cı ildə 2 saylı Ərazi Vergilər İdarəsində “Sumqayıt Nəqliyyat-1” adında daha bir MMC- də dövlət qetdiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 20-ci məhəllə ev 6 olan bu MMC-nin də nizamnamə kapitalı 50 manatdır. Qanuni təmsilçisi isə Əmiraslan İlqar oğlu Cavadovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısının həyat yoldaşı Xannı Rüstəmov deyil, “Sumqayıt Nəqliyyat-1” MMC-nin sədrı İlqar Cavadovdur. Əmiraslan isə Zakir Fərəcovun bacısının oğludur.Bu MMC-lərin arasında hansısa bağlantıların olub,olmaması barədə araşdırmalarımızı davam etdirəcik.

Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı

Xannı Rüstəmova gəlincə. Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Xannı Rüstəmov 1999-cu ildə, Zakir Fərəcov Sumqayıt şəhər Bələdiyyəsinə sədr təyin olunana qədər şəhərdəki qarajların birində işləyib. Zakir Fərəcov Bələdiyyə sədri gəldikdən sonra ona bir yerli kimi, (xatırladaq ki hər ikisi Laçın rayonundandır və Zakir Fərəcovun yerliçilik prinsipləri ilə işləməsi bu gün Sumqayıtda heç kimə sirr deyil) bələdiyyədə iş verir. 2005 ci ildə Zakir Fərəcov Abşeron rayon İcra Hakimiyyətinə başçısı təyin olunduqdan bir müddət sonra Xannı Rüstəmov Abşeron rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri təyin edilir. (Qarajda işləyən birisinin birdən birə Sosial Müdafiə Fonduna müdir təyin olunması təəccüblüdür deyilmi? Qeyd edək ki, bu ancaq Zakir Fərəcova məxsus bir metoddur və bu gün də Xannı Rüstəmov kimi yerlisi olan kadrlar onun yanında kifayət qədərdir.) 2015-ci ildə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra isə, onu Abşeron rayonunda əvəzləyən İradə Gülmməmədova Xannı Rüstəmovu İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə İcra Nümayəndəsi təyin edir. 2016 cı ildə isə Zakir Fərəcov kadrına,yerlisinə Sumqayıt şəhərindəki sərnişindaşıma nəqliyyatına nəzarəti ələ keçirmək məqsədi ilə İcra Hakimiyyəti başçısının yanında “Sumqayıt Nəqliyyat” MMC-ni yaradır və Xannı Rüstəmovu buraya müdir təyin edir,

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Xannı Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Qeyd edək ki, Sumqayıtda hal hazırda şəhərdaxili 15 marşrut üzrə avtobuslar fəaliyyət göstərir. Burada nəqliyyat vasitələrinin sayını öyrənə bilməsək də, hər bir sürücüdən,hər axşam 90 manat pul alındığı barədə informasiyalar əldə edə bildik. Bundan əlavə Zakir Fərəcov Sumqayıt şəhərindən Bakıya işləyən kiçik həcmli mikroavtobuslara lisenziya vermək səlahiyyətlərini də Xannı Rüstəmova həvalə etməsi barədə məlumatlar əldə etdik. Əldə etdiyimiz digər məlumatlara görə Xannı Rüstəmov tərəfindən sürücülərdən toplanan plan İcra başçısının qoyduğu qaydalara görə yığılıb və aylıq 500000 manat civarında olub. Bu proses 2016-cı ilin oktyabrından,yəni onun fəaliyyətə başladığı dövrdən bu günə qədər davam edib və dövlət büdcəsinə heç nə keçirilməyib. Hazırda Sumqayıt sakinlərini Xannı Rüstəmovun bu qədər yaxın ikən, Zakir Fərəcovun qəzəbinə nədən tuş gəlməsi maraqlandırır. Bir də onun İcra başçısına nə qədər pul atması barədə baş sındırırlar. Verilən ilkin məlumatlara görə bu on minlərlə deyil, on milyonlarla ölçülür. Araşdırmalarımız davam edir.Bizi izləyin.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.