Cavidanın ölüm səbəbi bəlli oldu - EKSPERTİZA RƏYİ
Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavidan Abdullayevin ölüm səbəbi məlum olub.
01.01.2020 -ci ildə istirahətə getdiyi yerdə cəsədi tapılan C.Abdullayevin əvvəldən ürəyi zəif olub.
Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib.
İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin zədələnməsindən əmələ gələn, bir gün ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.
C. Abdullayevin Kiyevdə olma səbəbi Yeni ili orada keçirməklə bağlı imiş. Belə ki, o, bayram gecəsi qardaşı Murad Abdullayev, aktrisa Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə “CHI club Kiev”də olub. Cavidan bayram gecəsi vəfat edib. Ekspertiza rəyini "Xəbərçi.az" yayıb.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır