SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İCRA BAŞÇISI VƏ KOMANDASI NİYƏ HƏBS EDİLDİ? - Davamı olacaq...

İCRA BAŞÇISI VƏ KOMANDASI NİYƏ HƏBS EDİLDİ? - Davamı olacaq...

Tarix:

19-12-2019, 22:38

/ 1 615 dəfə oxundu.
İCRA BAŞÇISI VƏ KOMANDASI NİYƏ HƏBS EDİLDİ? - Davamı olacaq...

2005-ci ilin parlament seçkiləri ərəfəsində baş verən olaylardan sonra Azərbaycanda ilk dəfə yüksək rütbəli dövlət məmuru - Ağstafa rayon icra hakimiyyətinin başçsı və müavinləri kabinetdə həbs edilir. 14 il əvvəl əvvəl də keçmiş Səhiyyə naziri Əli İnsanovun, İqtisadi inkişaf naziri Fərhad Əliyevin və başqalarının həbsi parlament seçkiləri ərəfəsinə təsadüf etmişdi. Postsovet məkanını ağuşuna alan "narıncı inqilab" dalğası Azərbaycan sərhədlərinə çatmışdı, müxalifət fəallaşmışdı, hakimiyyət dairələrində bəzi məmurlar mərkəzdənqaçmaya meyl göstərirdilər. Amma oktyabrın 19-da həyata keçirilən həbslər prosesləri öz məcrasına qaytarmağa şərait yaratdı.

Yenə Azərbaycanda seçki ərəfəsidir, amma müxalifətin fəallığının payız mövsümü arxada qalıb. Bu dəfə aşağıdan təzyiqlə deyil, "yuxarıdan" ciddi islahatlara strat verilib. Hakimiyyətdə çox ciddi dəyişikliklər aparılıb və proses davam edir. Prezident tərəfindən cəmiyyətə verilən ən mühüm mesaj ondan ibarətdir ki, idarəçiliyə gətirilən yeni komanda tamamilə sivil dünyanın çağırışlarına cavab verir, şəffaf, korrupsiyadan, bürokratiyadan uzaq, vətəndaş məmnunluğunu təmin etməyə qadirdir. Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün güclü siyasi iradə var. Bu yolda bütün maneələr aradan qaldırılacaq, müqavimət elementləri darmadağın ediləcək.

Ağstafanı idarə edən məmurların bir gecənin içində həbs edilməsinin sözegedən prosesin tərkib hissəsidir. Bu iddianı təsdiq edən bir neçə informasiya və ehtimallar var.

Əvvala, Nizaməddin Quliyev Ağstafaya icra başçısı təyin olundqudan qısa müddət sonra onun barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər ünvanlanıb. İcra başçısı bu kasıb rayonda bütün idarə, müəssisə rəhbərlərini sözün əsl mənasında divara dirəyib haqq tələb edib. N.Quliyevin tələblərini ödəmək üçün bankdan kredit alan, sələmlə pul götürən məmurlar da olub.

İkincisi, İcra başçısı rayondakı bütün gəlirli sahələri öz nəzarətinə keçirib, sahibkarlığın inkişafına ciddi zərbə vurub. Belə ki, Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, Gülüstan şadlıq sarayı, heyvan kəsim məntəqəsi, köhnə şahmat məktəbi, Tapqaraqoyunlu kəndində yerləşən "Dost qapısı" və "Lalə" şadlıq sarayı, Yuxarı Ağcakənd kəndində gips karxanası Nizaməddin Quliyevə məxsus olduğu bildirilir. Bununla yanaşı, iddia olunur ki, icra başçısının regionlarda saysız hesabsız daşınmaz əmlakı var.

Əlbəttə, bunlar yerli məmurlara xas əməllərdir və ictimaiyyətə tanışdır. Amma indi şərait kökündən dəyişib.

Prezidentin etimad göstərdiyi kadrlardan ancaq əhalinin problemlərini həll etmək, rayonda real sosial-iqtisadi inkişafı təmin etmək tələb olunur. Bu istiqamətdə dövlətin maliyyə və s. imkanları da səfərbər olunur.

Belə bir vaxtda Nizaməddin Quliyev in və onun komandasının vacib dövlət tapşırıqlarını kənara atıb, korrupsiya və rüşvətlə, reketliklə şəxsi mənafelərinin arxasınca düşməsi hökumətin siyasətinin sabotaj etməkdir. Ona qarşı adekvat, kəskin addımın atılması hakimiyyət sistemində, xüsusən yerli idaərçilikdə keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər.

Bununla artıq korrupsiyaya qarşı barışmaz münasibət ifadə olunub və bütün məmur korpusuna mesaj verilib ki, onların üzərində hüquq-mühafizə orqanlarının ciddi nəzarəti var. Vətəndaşların ən xırda şikayətləri belə operativ araşdırılacaq.

Prosesin davamı olaraq, əhali arasında nifət qazanmış daha bir neçə belə odioz məmurun həbs ediləcəyi, vəzifədən çıxarılıb istintaqa cəlb edəcəyi gözlənilir.

Prezident bir qədər bəzi rayonlara yeni icra başçıları təyinatları zamanı bu addımların atılacağını anons etmişdi. Bildirmişdi ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübariz dövlətin qarşısında duran ən vacib məsələlərdir, bu istiqamətdə ciddi addımlar atılacaq.

Bu həm idaərçiliyin təsadüfi adamlardan, rüşvətxor, korrupsionerlərdən təmizlənməsi və yeni kadrların irəli çəkilməsi üçün yaxşı fürsətdir.

Ölkə əhəmiyyətli seçkilər ərəfəsində məmur korpsunun silkələnməsinin başqa nəticələri də olacaq.

Əvvala, hakimiyyət apardığı islahatlara cəmiyyətin ciddi siyasi dəstəyini qazanmaq istəyir. Bu, islahatların davamlı olması, genişləndirilməsi və "toxunulmaz" hesab olunan sahələrdə ciddi dəyişikliklərin aparılması üçün vacibdir.

İkincisi, formalaşan yeni siyasi sistemin ictimaiyyətə müsbət təqdimatıdır. Ki, bundan sonra iqtidarı ancaq savadlı, ləklənməmiş, adı natəmiz əməllərdə hallanmayan məmurlar təmsil edəcək.

N.Quliyev kimi müxtəlif əlaqələri hesabında hakimiyyətdə post tutmuş korrupsionerlərə yer yoxdur Necə ki, onları bəsələyən, himayə edən odioz məmurlar daha bu komandada təmsil olunmurlar.

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ