Rafael Cəbrayılov həbs oluna bilər – Baş Prokurorluğa şikayət ediəcək
Keçmiş deputat Rafael Cəbrayılov həbs oluna bilər.
Yenisabah.az-a daxil olan məlumata görə, keçmiş deputatın borclu olduğu şəxslər artıq Baş Prokurorluğa şikayət etmək niyyətindədirlər. Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslər dünən bu qərara gəliblər. Bu həftə içində onların Baş Prokurorluğa müraciət edəcəyi gözlənilir.
Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb. Həbs olunacağından ehtiyatlanan keçmiş deputat borc sahiblərinə villasını satacağını və borcu geri qaytaracağını bildirib. Lakin hələ də villasını sata bilməyib. Bu isə borc sahiblərinin səbr kasasını daşırıb.
Əldə etdiyimiz məlumata görə, borc sahibləri Rafael Cəbrayılovun sadəcə vaxt udmaq istədiyini düşünürlər. Onların fikrincə, keçmiş deputat da qardaşı kimi ölkəni tərk etməyə hazırlaşır. Bunun üçün isə ona müəyyən qədər vaxt lazımdır. O, “villamı satışa çıxarmışam” deməklə və “borc qalmaqalı”nda bütün təqsiri qardaşının üzərinə yıxmaqla həm məsuliyyətdən yayınmağa, həm də borc sahiblərini arxayın salmağa çalışır. Bu müddət ərzində isə Azərbaycandakı əmlaklarını satıb ölkəni tərk etməyi düşünür. Artıq borc sahibləri tam əmindirlər ki, keçmiş deputat onlarla oyun oynayır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır