Bakı sakinlərinə 30 saniyəyə borc verən Azpulmat kimindir? – Foto
Bakıda camaata pul paylayan aparatın sahibi görün kim imiş...
Xəbər verdiyimiz kimi, Azərabaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan Azpulmat adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər.
Yeniavaz.com-a istinadən xəbər veririk ki, həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar.
Azpulmat adlı aparatlar haqqında məlumat almaq məqsədilə azpul.az adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.
Azpulmat adlı aparatlar ötən il dövlət qeydiyyatına alınan Azpul MMC adlı şirkətə məxsusdur. Yeniavaz.com-un araçdırmasına görə, bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.
1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev Gəncə Bank SKB, Royal Bank of Baku ASC-nin Gəncə filialı, həmçinin Nikoil Bankın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə Nikoil Bankın Gəncə fililalının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra Nikoil Bank ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.
Tural Vəliyev Azpul MMC-ni təsis etməzdən əvvəl - 2017-2018-ci illərdə Giləzi Quşçuluq şirkətində mühasib işləyib.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır