Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
Abşeron rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.
Hakim Habil Əhmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Növbəti məhkəmə prosesi qeyri-müəyyən günə qədər təxirə salınıb.
Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.
X.Nəcəfova Rafael Cəbrayılov barəsində Abşeron rayon Məhkəməsində maddi ziyan ödənilməsi ilə bağlı iddia qaldırıb.
Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı bir müddət əvvəl xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.
Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb.
Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır