Nazim İbrahimovun dələduzluqda ittiham olunan qardaşı məhkəməyə sənədlər təqdim edib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Sahib İbrahimov məhkəməyə rəsmi sənədlər təqdim edib.
Rəsmi sənədlər S.İbrahimova məxsus binadan vətəndaşlara satılan mənzillərə verilən çıxarışların sürəti, zərərçəkmiş şəxslərlə bağlanmış müqavilələr, vergi ödənişləri ilə bağlı olub. Məhkəmə sənədləri qəbul edib və növbəti prosesdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S. İbrahimov barəsindəəvvəlcə həbs qətimkan, daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S. İbrahimov dəymiş zərərin bir qismini ödəyib.
Onu da qeyd edək ki, S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır