SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı: "Bu nə biabırçılıqdır?"

Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı: "Bu nə biabırçılıqdır?"

Tarix:

11-10-2019, 14:42

/ 883 dəfə oxundu.
Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı: "Bu nə biabırçılıqdır?"

"O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis Ağayev (Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum".
Bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni Bakı Nəqliyyat Agentliyi ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. BNA-nın yazdığı cərimələrdən gileylənən Haşımova statusunu silməsinin səbəbini açıqlayıb:

"Sırf sizi öncədən də tanıdığım və sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçünyazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai kanalda deyirsiniz, "Aybəniz xanım yazmış olduğu statusunu yanıldıqdan sonra pozub".
Bir marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və sizdə dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.

O ki qaldı nümunə olmağa - siz deyəsən məni indiyənədək heç tanımamısınız... Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz".

Qeyd edək ki, A.Haşımova bir müddət əvvəl BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı.

BNA-nın mətbuat katibi Mais Ağayev isə İTV-də yayımlanan "3D" verilişində qonaq olarkən, A.Haşımovanı tənqid edərək, bunları deyib:

"Əməkdar artist Aybəniz Haşımova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdı, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir.

Əslində, sənət adamları adi insanlara nümunə olmalıdırlar. Yoxsa mənim avtomobilim cərimə olunub, durum BNA-nı tənqid edim, sonra səhvimi anlayıb o statusu silim, bu, nümunə deyil".

Şərhlər

XƏBƏR LENTİ