Keçmiş icra başçısı nədə ittiham olunur? – Detallar açıqlandı
Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun məhkəmə prosesi qalqamallı keçə bilər.
“Yeni Sabah” xəbər verir ki, buna səbəb Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üzləşən sahibkarların zərərçəkən kimi tanınmalarına çalışmalarıdır.
Məlumat üçün deyək ki, Ramiz Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham edilir. Artıq istintaq yekunlaşıb və iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Cinayət işində Gədəbəy Rayon İcra Hakimiyyəti də zərərçəkən qismində tanınıb.
Məlumatda bildirilir ki, cinayət işində əsasən qanunsuz tikililər və pay torpaqların əhaliyə satılması araşdırılıb. Ramiz Yediyarovun dəfələrlər ictimailəşdirilən digər qanunsuz əməlləri isə araşdrımadan kənarda qalıb.
Bununla belə, həmin qanunsuzluqların qurbanı olan vətəndaşlar zərərçəkən kimi tanınmalarını və sabiq icra başçısının fəaliyyəti ilə geniş araşdırma aparılmasını istəyirlər.
Məsələn, Ramiz Yediyarov rayon sakinləri Oktay Qara oğlu Əliyevin, Oktay İbrahim oğlu Əliyevin, Əli Bahadur oğlu Abdullayevin və s. şəxslərin obyektlərini məhkəmə qərarı olmadan dağıtdırıb, Fəxrəddin Fərəməz oğlu Bağırovun obyektinin giriş qapısını bağlatdıraraq sahibkarlıq fəaliyyətini dayandırıb.
Vaqif Qara oğlu Səfərovun əmlakını zorla əlindən alıb. Bu şəxslərin hər biri bu gün də şikayətçi olduğu halda zərərçəkən kimi tanınmayıblar.
Bəzi iddialara görə, hələ istintaq dövründə bu məsələ gündəmə gəlib. Lakin bəzi zərəçəkənləri müstəntiqlərdən əvvəl keçmiş başçının yaxın adamı, Gədəbəy YAP-ın sədri Rüstəm Nağıyev çağırır, dindirir, sonra onu yaxın kafelərdə qərargah qurmuş Ramiz Yediyarovun yanına aparır, orada həmin zərərçəkəni tam zərərsizləşdirıb müstəntiqlərın yanına göndəriblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır