Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə nəqliyyat vasitəsiylə girişdə haqq alınmasıyla bağlı narazılıqlar səngimir.
Kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəsdən 1 manat ödəniş tələb olunur. Ödənişlə bağlı qəbz verilir .
Sosial şəbəkə istifadəçilərindən biri iradını bu şəkildə bildirib: “Avtovağzal şlaqbaumla cib soyur. Hətta dilənçilik edir. Dedim, beş dəqiqə ərzində çıxacağam, hər hansısa bir yeri zəbt etmirəm, dedilər “Yox, 0-2 saat aralığında 1 manat ödənməlidir”. Üzərimdə xırda pul yox idi, 90 qəpik uzatdım, qəbul etmədilər, 5 manatı isə özləri xırdalamadı. Mən 5 manatı xırdalayana qədər nə qədər vətəndaş məni gözləməyə məcbur qaldı”.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova qurumun sahibkarlıq subyektinin ərazisinə daxil olmaq üçün vəsaitin müəyyən olunmasına müdaxilə etmədiyini bildirib: “Bu məsələyə artıq dəfələrlə tərəfimizdən açıqlama verilib, buna görə də geniş açıqlamaya ehtiyac duymuruq. Hesab edirik ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumiyyətlə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, nə də hər hansı digər sahibkarlıq subyektinin ərazisinə daxil olmaq üçün vəsaitin müəyyən olunmasına qarışır, müdaxilə etmək səlahiyyəti də yoxdur. Qurum öz daxili qaydaları əsasında bu vəsaiti müəyyən edib. Dövlət Avtomobil Nəqliyyatı Xidməti sırf həmən avtovağzal ərazisində müəyyən olunan marşrut xətləri üzərində müəyyən olunan avtobuslara nəzarəti təmin edir. Müntəzəm və qeyri-müntəzəm marşrut xətlərinin avtovağzalın ərazisindən çıxışını və avtovağzalın ərazisinə daxil olmasına nəzarəti təmin edir. Hər hansı qiymət tənzimlənməsinə müdaxilə edən qurum deyil”.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidməti rəhbəri Pərvin Məmmədova da məsələyə münasibətində vətəndaşların etirazlarını kompleksin özünə bildirə biləcəklərini deyib. Həmçinin girişin ödənişli olması qaydasına dəyişikliyin mümkün olmadığını vurğulayıb : “Biz dekabr ayından bura qədər olan bütün məlumatı vermişik. Bu, fərdi sahibkarlıq obyektidir. Avtovağzal rəhbərliyinin daxili qərarı ilə həmin ərazidə tətbiq olunan xidmətlər artıq aylar əvvəl tətbiq olunub. Bunu birdən-birə dəyişmək isə mümkün deyil. Etirazçının iradına gəldikdə isə ona normal yanaşmaq olar , çünki burada hardasa bizim əməkdaşların da günahı olub ki, o qədər insanı gözlədiblər. 10 qəpik məsələsinə gəldikdə isə, bu, tətbiq olunmuş bir qaydadır. Kimsə mağazaya gedəndə aldığı məhsula beş qəpiyi çatmadıqda onu götürə bilmir, eləcə də burada. Məsələ 10-20 qəpikdən getmir, məsələ qərarın bu cür tətbiq olunmasından gedir. Lakin onların xırda pul olmadığı üçün digər insanları o qədər gözlətməyi xoşagələn hal deyil. Bununla bağlı irad bildirən şəxs yaxınlaşıb bizə də şikayətini bildirə bilər. Bununla bağlı hadisə nə vaxt olubsa, dəqiq şəkildə bildirilsə, biz lazımi tədbiri görə bilərik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır