SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ““Quska”nın deputat maaşını tələbələrin arasında bölürdük” - Ailənin mühasibi

““Quska”nın deputat maaşını tələbələrin arasında bölürdük” - Ailənin mühasibi

Tarix:

30-04-2019, 19:46

/ 973 dəfə oxundu.
““Quska”nın deputat maaşını tələbələrin arasında bölürdük” - Ailənin mühasibi

Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

Məhkəmədə Abdullayevlər ailəsinin mühasibi 80 yaşlı Azadə Cəfərova ifadə verib. O deyib ki, bir neçə şirkətin maliyyə işlərinə baxıb. A.Cəfərova bildirib ki, 2005-ci ilədək bütün tapşırıqları Hüseyn Abdullayev verib: “Deputat seçiləndən sonra bizdən uzaqlaşdı, Zeynəb xanımla işləməyə başladıq. Hüseyn müəllim bizə həmişə deyirdi ki, bütün işləri qanun çərçivəsində görün. Başqaları binanın özülü qazılanda satışa başlayırdı, biz isə tam tikib təhvil aktını alandan sonra satışa başladıq. Müştərilər də pulu birbaşa bank hesabına ödəyib bizə qəbz verirdilər. Nağd formada satış etməmişik, Hüseyn müəllimə də mənzil satışına görə nağd pul verilməyib. Mənzillərin satışından təxminən 300 min qazanc oldu. O dövrdə vergi satışa, gəlirə görə yox, binanın sahəsinə görə idi. Biz də hər kvadratmetrə görə vergi ödəmişdik. Təhvil-təslim aktında da bu qeyd olunmuşdu. Sonra yenidən vergi tələb etdilər. Ümumiyyətlə, Hüseyn müəllim mənzillərin satışında iştirak etməyib. O heç deputat maaşını da özü götürmürdü, bizə tapşırmışdı, bir neçə tələbə var idi, onlara bölüb verirdik”.

Bu zaman H.Abdullayev sonuncu cümləyə “onları artıq unudublar” deyə reaksiya verib və bildirib ki, vergi hesablaması zamanı ona qarşı qərəzli davranıblar: “Bu binadan 150 metr aralıda olan “Altes Plaza”nın binasına görə 600 min, bizdən isə 2,5 milyon pul aldılar”.

Zeynəb Abdullayeva isə bildirib ki, binadakı mənzil satışından gəlir 900 min hesablansa da, 1,8 milyon vergi tələb olunur: “Axı bu necə olur?”

Z.Abdullayevanın qardaşı oğlu Elnur Bayraməliyev deyib ki, bibisi ona Naxçıvanda bir həyət evi hədiyyə edib: “Bir neçə ay sonra borclarım olduğu üçün evi satdım. İstintaqda Hüseyn müəllimin obyektlərini, əmlaklarını soruşdular, heç bir məlumatım olmadığını dedim”.

Z.Abdulllayeva bu zaman qısa çıxış edib: “İstintaq mənə gələn pulları hesablayır. O pullarla 7 yetim saxlamışam, həm də ona-buna kömək etmişəm. Qardaşım rəhmətə gedəndən sonra onun uşaqlarına baxmışam. Elnur da onun oğludur, evi yox idi, köhnə həyət evimizi ona verdim”.

Şahid Salman Səfərov deyib ki, istintaqın vergi borcu ittihamı verdiyi “Kənan S” şirkətini o yaradıb: “Kənan oğlumun adıdır, “S” də mənim adımın baş hərfidir. 2002-ci ildə şirkəti təsis etdim, 2006-cı ildə Zeynəb xanım həmtəsisçi oldu. Hüseyn müəllimdə danışıqlar apardıq, iş görmək istədik. Naxçıvanda yerli camaata tapşırdıq, küçələrdə zeytun yığıb gətirdilər. Hər kilosuna 5-10 qəpik verirdik. Amma bu iş alınmadı, davam etdirə bilmədik. 2015-ci ildə şirkəti bağladım”.

Şərhlər

XƏBƏR LENTİ