"Cindar Hüseyn" və anası məhkəməni düyünə salıb - proses təxirə salındı
Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən şəxslərdən Lalə İbrahimovanın vəkili yoxdur.
Lalə İbrahimova söyləyib ki, oğlu və özü həbsdə olduğu üçün vəkillə müqavilə bağlaya bilmirlər. Hakim bildirib ki, təqsirləndirilən şəxslər vəkillə müqavilə bağlamır, dövlət hesabına təyin olunan vəkildən də imtina edirlər.
Lalə Ibrahimova söyləyib ki, məhkəmədə iştirak edən bəzi şəxslər zərərçəkmiş olmasa da prosesdə iştirak edirlər. O, 11 nəfər zərərçəkmişin olması ilə razılaşıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilənlərdən Rübabə Ağayeva da həbsdə imiş. O, dələduzluqda ittiham edilərək həbs edilib, bir müddət əvvəl azadlığa çıxıb.
Lalə İbrahimova falçı olmadığını da deyib. Məhkəmə iclası aprelin 29-da davam etdiriləcək.
İttihama görə, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilirlər.
Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib.
Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.
Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.
İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır