Ədliyyə naziri Əli Hüseynli ilə niyə yola getmir? - KOMİTƏ SƏDRİ NAZİRİN QƏZƏBİNƏ TUŞ GƏLİB
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Ədliyyə Nazirliyi rəhbərliyi arasında gərginlik yaranıb.
Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir ki, bu gərginliyin nəticəsi olaraq Əli Hüseynli məhz Məhkəmə-Hüquq Şurasının üzlüyündən xaric edilmişdi.
Qeyd edək ki, onu bu qurumda Milli Məclisin birinci-vitse-spikeri Ziyafət Əsgərov əvəz edib.
Məlumatda o da qeyd olunur ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən Əli Hüseynli nazirliyin tədbirlərinə də dəvət almır.
Məlumatda qeyd olunur ki, nazir Fikrət Məmmədovla münasibətləri olduqca gərginləşdiyindən Əli Hüseynli əvvəlki dövrdə olduğu kimi daha ayrı-ayrı məhkəmə orqanlarına xahiş və tapşırıqlar verə bilmir.
O da bildirilir ki, komitə sədrinin rayonların brirində məhkəmə sədri olan bacanağı da yaxın zamanlarda “vurulacaq”.
Məsələ ilə bağlı komitə sədrinin özünün mövqeyini öyrənməyə çalışsaq da telefon zənglərimiz cavabsız qaldı.
Mövzuya qayıdacağıq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır