Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin Bakı şəhər sakini Tural Qarayev olması müəyyən edilib və o, polis tərəfindən saxlanılıb.
T. Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
***12.00
Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edilməsi və təhqir olunması hadisəsi ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşlar qarşılaşdıqları kriminal xarakterli əməllər, hüquq pozuntuları ilə bağlı nazirliyin "102 Xidməti”nə müraciət etməlidirlər: "Bu hadisə ilə də bağlı "102 Xidməti”nə müraciət edilib. Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılsa da, qeyri-etik ifadələr yer aldığı üçün yayımlamırıq. Həmin şəxsin fotosunu təqdim edirik:


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır