Milli Məclisdə qapalı keçirilən iclasın təfərrüatları açıqlandı - AÇIQLAMA
Ötən gün Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.
İclasda iştirak edən Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov özəl olaraq Trend-ə bildirib ki, toplantıda bir çox məsələlər geniş şəkildə müzakirə olunub:
“Xüsusilə iclasda Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanına və bu fərmandan irəli gələn məsələlərə diqqət yetirildi. Bu fərman qrupun daxilində müzakirə etdiyimiz məsələlərə böyük kömək göstərəcək".
S.Seyidov əlavə edib ki, iclasda bu fərmanın əhəmiyyəti yüksək qiymətləndirilib: "Bundan əlavə, Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda gedən proseslər və insan haqları ilə bağlı məsələlər müzakirə olundu və yekunda qərarlaşdırdıq ki, biz müntəzəm olaraq yığışıb müvafiq məsələlərin müzakirəsini davam etdirək”.
Qeyd edək ki, ötən gün İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasının bir hissəsi mətbuat üçün açıq olub, sonra iclas qapalı şəkildə davam etdirilib.
İclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, şöbənin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı və Arzu Abdullayeva iştirak ediblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır