SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Biz türk deyilik, axı niyə üzr istəməliyəm?” — Arif Rəhimzadədən növbəti qalmaqallı AÇIQLAMA

“Biz türk deyilik, axı niyə üzr istəməliyəm?” — Arif Rəhimzadədən növbəti qalmaqallı AÇIQLAMA

Tarix:

6-03-2017, 13:03

/ 1 634 dəfə oxundu.
“Biz türk deyilik, axı niyə üzr istəməliyəm?” — Arif Rəhimzadədən növbəti qalmaqallı AÇIQLAMA

“Vaxtilə “Azərbaycan dili” əvəzinə “Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində “Azərbaycan dili” dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var”.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri qeyd edib ki, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Çexiya və digər ölkələrin əhalisi slavyan mənşəlidir:

“Ancaq hər birinin öz milləti və xalqının adı var. Xalqın adı da əraziyə görə müəyyənləşir”.

A.Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini deyib:

“Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var. Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir. Onların əksəriyyəti Xalq Cəbhəsinin tör-töküntüləridir. Çox təəssüf ki, kifayət qədər savadı olan adamlar da bunu söyləyirlər”.

Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ