Rektorun arvadını döyənlərə güzəşt edilmədi
Azərbaycan Dövlət Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın edərək arvadı Zəridə Yunusovanın əl-qolunu bağlayaraq döyməkdə və evdən 65 min manat pul, 15 min manatlıq qızıl aparmaqda təqsirləndirilənlər - Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti yekunlaşıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxslərin cəzanın yüngülləşdirilməsi üçün verdikləri apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hokum dəyişdirilmədən qüvvədə saxlanılıb.
Hadisə 2016-cı il may ayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, C. Hümbətov isə 10 il 6 ay, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var