“Habilə 22 min manat verdim, yazılar kəsildi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Xəyalə Məlikova 3 min manat, Hatəm Rəhimov 22 min manat verdiyini deyib.
H. Əhmədov bildirib ki, işlətdiyi otel haqda yazılar yazıb əxlaqsızlıq yuvası kimi təqdim ediblər: "22 min manat verdim, sonra yazılar kəsildi. Pulu Surxay vasitəsilə Habilə verdim".
Ramil Quliyev isə firması barədə yazılar dərc olunduğu üçün H.Vəliyevə zəng edib: "Dedi yaxşı edib yazmışam. Mən də məhkəməyə verdim, vəkilim Adəm Məmmədov idi. Məhkəmə vaxtı Habilin arxasında kimsə böyük adamın olduğunu hiss elədim. Adəm vasitəsilə məndən 4 min manat istəmişdi, amma pul vermədim. Şikayətim yoxdu".
H. Vəliyevim bacısı oğlu Pərvin Məmmədov "Cahargah" oteli epizodu ifadə verib: "Cahargah otelin sahibi Nofel oranı əxlaqsız yuva kimi işlədirdi. Biz də bu haqda yazılar yazırdıq. Nofelin özü redaksiyaya gəldi, Habil müəllim onu qovdu".
Məlum olub ki, P. Məmmədov istintaqa ifadəsində deyib ki, dayısı otel sahibindən 5 min manat pul tələb edib.
Proses fevralın 8-də davam etdiriləcək.
DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var