XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » “Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO

“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO

“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO
19-10-2016, 13:48

Sudef Məcidov: “Mən neçə aydır bu qədər faktlar açıqlayıram, bir tədbir görülmür… Amma Fatma Yolçiyevanın bir şikayəti ilə məni polis bölməsinə çağırırlar”
Vətəndaş öz videomüsahibəsində hüquq mühafizə orqanlarının laqeydliyinə təəccüb etdiyini deyir

Bu il mayın 16-da Qafqaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda sələmçi qadın Fatma Yolçiyeva tərəfindən aldadıldığını və nəticədə əmlakını itirdiyini deyən Nadir Hüseyn oğlu Zeynalovun şikayəti işıqlandırılmışdı. img_1549-1-1-1-3Qeyd edək ki, başqa bir vətəndaş Südef Məcidovun şikayəti əsasında da, Qafqaz Xəbər Agentliyinin əməkdaşları Fatma Məhəmməd qızı Yolçiyeva haqqında araşdırma aparmışdı. Əməkdaşlarımız F.Yolçiyevanın əlbir olduğu şəxslər haqqında da yazmış və onun “sələm oyununa” saldığı şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da olduğunu müəyyən etmişdi. smay-l_-m-rovOktyabrın 17-də isə digər şikayətçi Sudef Məcidov yenidən Qafqaz Xəbər Agentliyinin redaksiyasına gələrək, yazıların dərcindən və araşdırılmasından xeyli müddət keçsə də, hələ bir nəticə hasil olunmadığını bildirib. O, Qafqaz Xəbər Agentliyinə verdiyi videomüsahibədə qeyd edib ki, həm DİN başçısı Ramil Usubova, həm də Baş Prokuror Zakir Qaralova müraciət edib.
“Lakin nəticə sıfırdır. Mənim Cənab Prezidentə yazdığım məktub DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə göndərildi. İdarənin İstintaq şöbəsinin rəis müavini Fikrət Quliyev mənə bir yazılı kağız uzatdı, dedi “bura qol çək”. Mən latın qrafikasında oxuya bilmədiyimi dedikdə isə Fikrət Quliyev bildirdi ki, “burda yazılanları sənə oxumağa vaxtım yoxdur, narahat olma, qol çək, yaxşı olacaq”.
O gün, bu gün… Artıq neçə aydır ki, bir məlumat yoxdur. Əvvəl dedilər ki, sizin işiniz Nərimanov RPİ-yə göndərilib, lakin ora getdim, həmin RPİ-də də yoxdur. Mənim işim sanki itirilib”, – deyə S.Məcidov vurğulayıb. S.Məcidov qeyd edib ki, onu aldadaraq sələm toruna salan İradə Vəliyeva və Fatma Yolçiyeva digər vətəndaşların da əmlaklarını bu yolla mənibsəyiblər. “Onlar “girov” dedikləri bu işi əslində “alqı-satqı” formatında reallaşdırırlar. Həm də, Fatma Yolçiyevanın bütün işləri əsasən 9 saylı Notariat Kontorunda həyata keçirilir.
Orda notiarus Rəşadət Sadıqovun yanında Fatma Yolçiyeva mənə bildirdi ki, bu alqı-satqı normal xarakter daşıyır, pulu qaytarandan sonra bu müqavilə ləğv olunacaq. Fatma Yolçiyeva elə çöldəcə, heç bir banka getmədən mənə pul verdi, 30 min manatı 2 ayın faizi olaraq dərhal aldı, İradə Vəliyeva isə gəlib məndən 15 min manat “komisyon pulu” aldı.
Mən 155 min manatla obyektimə gəldim və işlərimi tənzimləməyə çalışdım. Neçə ay ərzində vergiləri də mən verdim, hələ əlavə 30 min manat da Fatma Yolçiyevaya sələm verdim. Mənimlə Fatma arasında mağazaya dair heç bir icarə müqaviləsi yox idi. 2012-ci ilin aprelində mən həbs olundum, Fatma Yolçiyeva obyekti tamamilə nəzarətinə götürüb icarəyə verdi. Bildiyimə görə, o obyektin icarəsindən ayda 12-14 min manat gimg_1596-1əlir əldə edir. Amma mənə deyir ki, guya, o mağazanı ondan alırdılar, amma müxtəlif instansiyalara 500 min manatdan çox pul verərək, mane olub. Əsassız şeylər danışır, kim ala bilərdi… Qanuni obyektdir, məni aldadaraq mənimsəyib və indi xeyrini götürür. Geri qaytarmaq üçün isə 850 min manat pul tələb edir. Həbsdə olduğum müddətə görə də, Fatma Yolçiyeva ona hər ay üçün 15 min manat faiz verəcəyimi dedi. O, bunu belə izah etdi ki, “sayğac işləyir, mənim həbsdə olub-olmamağım ona maraqlı deyil”.

“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO
“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO
“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO
“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm” – FOTO,VİDEO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.