Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır”
Çeçenistan lideri Ramzan Kadırov Gədəbəydə tapılan 104 yaşlı çeçen qadınla maraqlanmaları üçün nümayəndələrini Azərbaycana göndərib. Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə çeçen lider Mylistory sosial şəbəkə hesabında yazıb.
Qeyd edilir ki, nümayəndə heyəti ötən gün Bakıda qadına baş çəkiblər və ona lazımi əşyalar, həmçinin qida məhsulları gətiriblər. Bu gün isə onun Çeçenistana aparılması baş tuta bilər.
Kadırov bildirib ki, o təvəllüdlü qadın Çeçenistanda heç vaxt sənəd almayıb və heç bir yerdə qeydiyyatda deyil. Yaşı ilə əlaqədar nəyisə qarışdıra və ya unutmuş ola bilər: “Bu fakta baxmayaraq, ona bütün lazımi yardım göstəriləcək. Həftənin birinci günü Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə Əliyevanın Çeçenistana gətirilməsi məsələsi həll olunacaq. Önəmlisi odur ki, Əliyevaya təcili kömək lazımdır və bu yardım ona göstəriləcək. Vacib deyil hardandır. O gücsüzdür, tənhadır, buna görə də harada yaşamasından asılı olmayaraq qayğısına qalmaq lazımdır”.
Xatırladaq ki, 104 yaşlı Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə tapılıb. Qadın Kərbəla adı ilə aldadılaraq Goranboya gətirildiyini iddia edib.
Azərbaycan DİN-nin məlumatında isə qeyd edilir ki, Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən ciddi problemlərin olduğu qənaətini yaradıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var