Fikrət Qocanın oğlunun qatillərinə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədova hökm oxunub.
Hakim Novruz Kərimovun icraatında olan prosesdə E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.
Qeyd edək ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib.
Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb.
P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var