“Yaşa Bakinski”ni öldürənə 18 il verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti öldürməkdə təqsirləndirilən Elxan Ağayevə hökm oxunub.
Hakim Mayıl Bayramovun icraatında olan prosesdə E.Ağayev 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2017-ci il martın 22-də Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.
Məhkəmədə E.Ağayev onu öldürdüyünü etiraf edib: "Evimə əlində bıçaqla gəlmişdi, məni vurmaq istəyəndə onu qabaqlayıb vurdum. Mərhumun qızı Aytən Baləhmədova isə deyib ki, Elxan onların evinə gələrək atasını öldürüb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb. Mərhum B.Baləhmədov da 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.
E.Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var