Prokurorluq kapitanla bağlı protest verdi
Baş Prokurorluq keçmiş polis Fəqan Nəsibova verilən hökmdən apellyasiya protesti verib.
F.Nəsibov Bənəqdi Rayon Polis İdarəsində kapitan rütbəsində çalışıb. Həmin vəzifədən çıxdıqdan sonra hüquqşünas işləyib. Elə bu dönəmdə nümayədəlik etdiyi şəxslərə dələduzluq yolu ilə pul “atıb”.
Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açıldığı üçün 2014-cü ildə “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. İntiharın qarşısı alındıqdan sonra o həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Dövlət ittamçısı hökmdən protest verib və cəzanın ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi dekabrın 21-də davam etdiriləcək.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var