SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 oktyabr” əməliyyatının - Müdhiş sirri

Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 oktyabr” əməliyyatının - Müdhiş sirri

Tarix:

16-02-2017, 00:51

/ 1 799 dəfə oxundu.
Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 oktyabr” əməliyyatının - Müdhiş sirri

2015-ci ildən başlayan və il yarımdır davam edən MTN işində şimşəklər iki vəzifəli şəxsin üzərinə çəkildi. MTN generalı Akif Çovdarov və rabitə nazirinin sabiq aparat rəhbəri Vidadi Zeynalov hadisələrin lokomotivi kimi təqdim olundu

Məlumata görə, MTN rəhbəri Eldar Mahmudov, müavini Hilal Əsədov, o zamankı rabitə naziri Əli Abbasov, müavini İltimas Məmmədov məsuliyyətə cəlb olunmadı.

Adı çəkilən vəzifəli şəxslərin adı istintaq materiallarında, təqsirləndiriklən şəxslərin ifadələrində, məhkəmə çıxışlarında keçsə də, onlar həbs edilmədi.

Həm MTN, həm rabitə işi üzrə ayrı-ayrı şöbə rəisləri, vəzifəli şəxslər həbs olunsa da, keçmiş nazirlər və müavinləri proseslərdən kənarda saxlandı. Ancaq onların da müəyyən geostrateji hadisələrdən sonra Çovdarovla Zeynalovun yanına göndərilməsi istisna edilmir.

Zeynalov çıxışlarında naziri ittiham edir, onun təlimatları əsasında fəaliyyət göstərdiklərini məhkəmədə bəyan edib.

Bir tərəfdə MTN-nin odioz generalı Akif Çovdarovun məhkəmədə dedikləri, bir yanda isə Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun söylədikləri mətbuatda ictimailəşir.

Onların dedikləri məhkəmə üçün Eldar Mahmudov və Əli Abbasov barədə araşdırmalara tam zərurət yaradır.

General Çovdarov sabiq nazir Eldar Mahmudovu satmadı və bütün şimşəkləri üzərinə çəkdi. MTN generalı eks-nazir əleyhinə bir fakt belə açıqlamadı və nə günahı varsa çəkəcəyini bəyan etdi.

Çovdarov Mahmudova qarşı istənilən ittihamı səsləndirə, faktları ortaya qoya bilərdi. Amma bunu etmədi və şərikini qorudu. Rabitə işində isə çox böyük fərqlər var. V.Zeynalov sabiq rabitə naziri Əli Abbasovu hər məhkəmə çıxışında fakt qarşısında qoyur.

Məlumata görə, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyindən uzaqlaşdırılmasyla böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu.

Hazırda MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri və məhkəmələri davam etdirilir.

Baş Prokurorluğun məlumatına görə, qeyd olunan faktlar üzrə MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib.

Qeyd edək ki, MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş şəxslərin əksəriyyəti sahibkarlar, müxtəlif iş adamlarıdır. Və onların bir çoxu barələrində təqdim edilən qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılıb, hökm oxunab, həbsə atılıb.

Bu isə o deməkdir ki, sabiq MTN-çilərin təqdim etdiyi saxta dəlillər hansısa məhkəmə hakimləri tərəfindən obyektiv araşdırlmadan sahibkarlar barəsindən əsassız hökm çıxarılıb.

Dolayısı ilə bəzi məhkəmə hakimləri bilərəkdən, qorxudan, ya da rüşvət müqabilində Eldar Mahmudovun dəstəsinin cinayətinə hüquqi don geyindirib.

Şərhlər

XƏBƏR LENTİ